Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dələduzlar vətəndaşın bank kartından 11 000 manatı çəkdilər

    9 hours ago

    Vətəndaşların bank kartlarından mayın 10-da və 11-də 13 min manatdan çox pul oğurlanıb. Valyuta.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.  Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: "Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar". Məlumatda qeyd olunub ki, mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb: "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
    Click here to Read more
    Prev Article
    DTX onları Bakıya gətirdi - Məhkəmə keçirilir
    Next Article
    Ali məktəblərə keçid balları arta bilər - VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment