Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA

    1 week ago

    Dövlət İmtahan Mərkəzi (DİM) blok imtahanı suallarını çətin salarsa, dövlətin plan yerləri dolmaya bilər. Bu fikri təhsil eksperti Ramin Nurəliyev səsləndirib. Bəs digər ekspertlər bu barədə nə düşünür? Belə olduqda DİM vəziyyəti necə tənzimləməlidir? Valyuta.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danşan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda 2025-ci tədris ili üçün qəbul yerlərində artım var. "DİM bu məsələlər üçün baryer ola bilməz. Azərbaycan keçmiş SSRİ məkanında ali təhsilli insanların sayına görə ən geridə qalmış ölkələrdən sayılır. Hər 100 nəfərə 17 nəfər ali təhsilli, diplomlu şəxs düşür. Azərbaycanda qəbul planının artırılması ilə bağlı respublika səviyyəsində təşəbbüslər var. Artıq son iki ildə yüksək bal toplayanların artması buna nümunədir. 250-dən yuxarı bal toplayan şagirdlərimiz var". Müsahibimizin sözlərinə görə, DİM dövlət siyasətinin əleyhinə getməmək üçün məcburdur ki, qaydalarda müəyyən yumşaltmalar etsin. "Əvvəlcədən deyib, abituriyentləri arxayın etmək istəmirəm. Çünki DİM-in heç vaxt sabit və stabil kursu olmayıb. Həmişə bunun bəlasını abituriyentlər çəkiblər. Ümid edək ki, DİM nəhayət ki, dövlət siyasətinin əleyhinə getməyəcək və sualları yalnız tədris müddətində tərtib olunan dərslərə uyğun salacaq. Biz buna ancaq ümid edə bilərik. Proqnoz verənləri başa düşmürəm. Proqnoz vermək mənim üçün çətindir. DİM heç vaxt sabit kurs aparmayıb, mövqeyi bəlli olmayıb", - deyə M.Məmmədli bildirdi.
    Click here to Read more
    Prev Article
    "International Leasing" 1 milyon borca girir - Təminat da verilmir
    Next Article
    SON DAKİKA | THY'den İstanbul depremi sonrası ilave seferler: Tavan fiyat 1750 TL olarak belirlendi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment