Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dividendlərin ödənilməsi xalis mənfəətə və səhm növünə bağlıdır - Elçin Məmmədov

    1 day ago

    Dividend, adətən, maliyyə ilini xalis mənfəətlə başa vuran səhmdar cəmiyyət tərəfindən səhmdarların ümumi yığıncağının (SÜY) qərarı əsasında ödənilir. Bu barədə "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin Biznesin İnkişafı departamentinin direktoru Elçin Məmmədov Finss.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, səhmdarlar SÜY-də il ərzində əldə edilmiş xalis mənfəətin tam şəkildə və ya bir hissəsinin dividend formasında bölüşdürülməsi barədə qərar qəbul edirlər. Daha sonra hər bir səhmdar şirkətin nizamnamə kapitalında malik olduğu paya uyğun şəkildə ümumi vəsaitdən öz dividendlərini alır. E.Məmmədov qeyd edib ki, bu qaydalar əsasən adi səhmlərə aiddir: “Əgər şirkət adi səhmlərlə yanaşı, imtiyazlı səhm də buraxıbsa, bu zaman imtiyazlı səhm sahiblərinə ödənilən illik dividend xalis mənfəətdən deyil, həmin səhmlərin buraxılış şərtlərində göstərilən faiz nisbətindən asılı olur. Bu faiz səhmin nominal dəyərinə tətbiq edilir və illər üzrə dəyişməyərək sabit qalır. Hətta şirkət maliyyə ilini zərərlə başa vurarsa belə, adi səhm sahiblərindən fərqli olaraq, imtiyazlı səhm sahiblərinə həmin qaydada dividend ödənilməlidir”. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bu klublar cərimələndi
    Next Article
    Tayvan iqtisadiyyatı 5,37% artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment