Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dövlət büdcəsinin gəlirləri 4 aylıq proqnozu üstələdi – Artım 1,6% təşkil edib

    1 day ago

    Cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, hesabat dövründə dövlət büdcəsinin xərcləri 11,192 milyard manat proqnoza qarşı 10,962 milyard manat, yəni 97,9% icra olunub. Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6,923 milyard manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2,065 milyard manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9%, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2% və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4% çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4%, Dövlət Neft Fondundan transfert isə 4,579 milyard manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1% az icra edilib. Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.
    Click here to Read more
    Prev Article
    Azərbaycandan Belarusa ixrac 7,7 milyon dollar artıb
    Next Article
    Israel shutters UNRWA schools in East Jerusalem, in line with ban on aid agency

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment