Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dövlət Xidmətinin gəlirləri 7,2%, xərcləri isə 9,5% artıb

    5 hours ago

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri ötən il 92,347 milyon manat olub. Finss.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% və ya 6,183 milyon manat çoxdur. Əvvəlki ildə Dövlət Xidmətinin gəlirləri 86,164 milyon manat təşkil edib. Bu dövrdə Dövlət Xidmətinin xərcləri 95,865 milyon manat olub ki, bu da illik müqayisədə 9,5% və ya 8,332 milyon manat çoxdur. 2023-cü ildə bu məbləğ 87,533 milyon manat idi. Hesabat dövründə Dövlət Xidmətinin gəlirlərinin 80,552 milyon manatı qeyri-birja əməliyyatlarından, 11,749 milyon manatı birja əməliyyatlarından, 366 manatı isə sair əməliyyat gəlirlərindən ibarət olub. Xərclərin 22,745 milyon manatı əmək haqqı və dövlət sosial sığorta ayırmalarına, 2,054 milyon manatı sərf edilmiş materialların dəyərinə, 1,845 milyon manatı amortizasiya xərclərinə, 69,221 milyon manatı isə sair əməliyyat xərclərinə yönəldilib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    FAS T-Bank-a qarşı iş başlatdı
    Next Article
    Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 14,6 dəfə üstələyib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment