Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ekoloqlar Misirin çimərlikləri üçün ciddi təhlükə barədə xəbərdar etdi

    1 week ago

    Misirin Qırmızı dəniz sahilində toxunulmamış çimərliklə potensial turizm inkişafı arasında mübarizə alovlanır. Valyuta.az xəbər verir ki, "Independent"ın yazdığına görə, Vadi-el-Həmal Milli Parkının incisi olan Ras-Xankorab öz toxunulmamış dəniz ekosistemi ilə tanınır, lakin hazırda bağlıdır və onun gələcəyi ip üstündədir. Hurqadadan 4 saatlıq məsafədə yerləşən Ras-Xankorab kristal təmiz suyu və ağ qumlu çimərlikləri ilə fəxr edir. Ancaq planlara görə, bu əraziyə otel, restoran və ferma tikiləcək. Ekoloqlar xəbərdar edirlər ki, turizm inkişafı nəhəng dəniz tısbağaları, mərcan rifləri, dəniz otları və müxtəlif balıq növləri üçün həyat mühiti yaradan həssas ekosistemə təhlükə yaradır. Yerli icmalar da bu qiymətli təbii sərvəti itirməkdən qorxurlar. Misir gəlirlərini artırmaq üçün milli parklarına investisiya lisenziyaları verir. Turizm Misirin xəzinəsini əhəmiyyətli dərəcədə doldurur. BMT-nin hesabatına görə, 2024-cü ildə Misirin turizmdən gəliri 14,1 milyard dollar olub ki, bu da Süveyş kanalından əldə olunan gəliri belə üstələyib. "Bu iqtisadi stimul Ras-Xankorab kimi bərpa olunmaz təbii sərvətlər hesabına əldə ediləcəkmi?", deyə nəşr sual edir. Ekoloqlar və yerli icmalar xəbərdar edirlər ki, çimərlikdə hətta yüngül tikinti işləri belə Misirin son qalmış toxunulmamız dəniz qoruqlarından birini məhv edə bilər. Misirin təbiəti qoruma qrupu "Ecoris"in icraçı direktoru Asmaa Əli deyib: "Burada qoruq sahəsində yerləşən ən dəyərli mərcan riflərindən biri var. Həmçinin nəsli kəsilmək təhlükəsində olan dəniz tısbağaları və manqrov ağacları mövcuddur". Ətraf Mühitin Qorunması Assosiasiyası isə əlavə edib ki, bu rif iqlim dəyişikliyinə dünyada ən davamlı riflərdən biri olduğu və digər rifləri bərpa etmək, hətta nəsli kəsilməkdə olan növləri geri qaytarmaq potensialına malik olduğu üçün xüsusi əhəmiyyət kəsb edir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Piyasadaki En İlginç Tasarıma Sahip Telefonlardan Biri Olacak CMF Phone 2 Pro'nun Tasarımı Paylaşıldı
    Next Article
    Kanada tibb işçiləri üçün iş imkanı - Müraciət qaydası

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment