Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Elmir Babayevin şirkəti Naxçıvanın tenderlərini uddu

    5 days ago

    Naxçıvanda Dövlət Sosial Müdafiə Fondunun bir neçə inzibati binası əsaslı təmir olunacaq. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif rayon və şəhərlərdə yerləşən Dövlət Sosial Müdafiə Fondunun və Sosial Xidmətlər Agentliyinin inzibati binalarının əsaslı təmiri üçün satınalma müqavilələri imzalanıb. Valyuta.az xəbər verir ki, layihələrin icrası "Construction Business Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Satınalmalar çərçivəsində aşağıdakı obyektlərin əsaslı təmiri nəzərdə tutulur: Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Heydər Əliyev prospekti 9 ünvanı – Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin təmiri üçün 548.012 manat ayrılıb. Ordubad şəhəri, Heydər Əliyev prospekti 28 ünvanı – Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əsaslı təmiri üçün 595.816 manat nəzərdə tutulub. Babək şəhəri, 20 Yanvar küçəsi 37 ünvanı – Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri üçün 589.802 manat məbləğində satınalma həyata keçirilib. Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanı – Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin binasının əsaslı təmiri üçün 358.933 manat ayrılıb. Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanı  – Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri üçün 263.868 manat ayrılıb. Qeyd edək ki, şirkət daha əvvəl Naxçıvan Dövlət Universitetinin 1.940.448 manatlıq, 520.000 manatlıq, Naxçıvan MR Daxili İşlər Nazirliyinin 149.989 manatlıq, 99.999 manatlıq, Naxçıvan MR Ali Məhkəməsinin 130.654 manatlıq tenderlərinin də qalibi olub.  Şirkət 100 manat nizamnamə kapitalı ilə təsis edilib. Sonradan nizamnamə kapitalı artırılaraq 1120 manata çatdırılıb. MMC-nin qanuni təmsilçisi Elmir Babayevdir.  Onun haqqında açıq mənblərdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, Elmir Babayev də bundan əvvəl "Akkord” işləyib. O, şirkətin Biznes İnkişaf Şöbəsinin müdiri olub. Onunla şirkət arasında mübahisə yarandığına görə oradan uzaqlaşıb. Hətta "Akkord”un onu məhkəməyə verdiyi barədə iddialar da var. Bu barədə yerli mediada məlumat gedib. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    IV qrupda keçid balı ən az olan ixtisaslar
    Next Article
    Valyuta.az Mətbuat Şurasına üzv oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment