Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Əmək qanunvericiliyinin pozulması ilə bağlı cərimələrin həcmi açıqlanıb

    4 hours ago

    15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı 2024-cü ildə 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4.000 manat inzibati cərimə tətbiq edilib. Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb. Qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilmiş 30 səyyar yoxlama zamanı 1.002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı aşkarlanıb, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105.000 manat məbləğdə inzibati cərimə tətbiq edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 (2023-cü illə müqayisədə 164 nəfər çox) şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 (2023-cü illə müqayisədə 268.600 manat çox) manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnib.
    Click here to Read more
    Prev Article
    iOS 18.5, iPhone'lara Sadece Yeni Özellikler Getirmedi, Büyük Riskleri de Ortadan Kaldırdı: 30'dan Fazla Güvenlik Açığı Giderildi!
    Next Article
    İcra başçısına xanım müavin təyin edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment