Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Əmlak qeydiyyatında aktivlik müşahidə olunur: Texniki pasport və ipoteka rəqəmləri artıb

    2 days ago

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 85 708 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və çıxarışlarla təmin olunub. Bu barədə Finss.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib. Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüquqlarının 13 424-ü və ya 15,7%-i ilkin, 72 284-ü və ya 84,3%-i isə təkrar qeydiyyat formasında həyata keçirilib. Ən çox çıxarış torpaq sahələrinə verilib Qeydiyyat statistikası əmlak növləri üzrə aşağıdakı şəkildə formalaşıb: Torpaq sahəsi: 49 386 vahid Mənzil: 19 200 Fərdi yaşayış və bağ evləri: 14 224 Qeyri-yaşayış sahəsi: 1 991 Qeyri-yaşayış binası: 709 Əmlak kompleksi: 147 Çoxmərtəbəli yaşayış binası: 48 Çoxillik əkmələr: 3 Bu göstəricilər əmlak bazarında ənənəvi olaraq torpaq və yaşayış sahələrinə üstünlük verildiyini göstərir. Paytaxt və bölgələr üzrə bölünmə Qeydiyyata alınan əmlak hüquqlarının 20 746-sı Bakı şəhərinin, qalan 64 962-si isə regionların payına düşüb. Bu da regionlarda daşınmaz əmlak dövriyyəsinin yüksək dinamikasını nümayiş etdirir. Texniki pasport və ipoteka qeydiyyatı da artıb Hesabat dövründə: 60 412 texniki pasport tərtib olunub, 14 444 ipoteka müqaviləsi rəsmi qeydiyyata alınıb. Bu göstəricilər daşınmaz əmlak bazarında hüquqi tənzimləmələrin və kreditləşmənin fəallığını əks etdirir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
    Next Article
    Qara və rəngli metal bazarlarında son durum

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment