Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Enterprise Azerbaijan” portalı AMEA-da “Startup School 3” layihəsini təqdim etdi

    3 hours ago

    Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına həsr olunmuş infosessiya keçirilib. İnfosessiyada AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri, gənc alim və mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər. Tədbiri giriş sözü ilə AMEA-nın Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri açaraq proqramın strateji əhəmiyyətinə toxunub. O vurğulayıb ki, bu təşəbbüs yalnız yeni texnologiyaların yaradılmasına deyil, onların tətbiqi vasitəsilə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov geniş təqdimatla çıxış edərək proqramın məqsədləri, mərhələləri, iştirak şərtləri, tərəfdaşlıq imkanları və startaplara göstəriləcək mentorluq və təlim dəstəyi haqqında ətraflı məlumat verib. O bildirib ki, proqram Mərkəzi Asiya və qədim İpək Yolu üzərində yerləşən ölkələrdən olan startapların iştirakı ilə beynəlxalq əməkdaşlığın və innovativ inteqrasiyanın gücləndirilməsinə xidmət edir. “Yaşıl və Rəqəmsal İpək Yolu” akselerasiya proqramı regionda innovasiya mədəniyyətinin yayılması, startap ekosisteminin gücləndirilməsi və rəqəmsallaşma ilə yaşıl texnologiyaların tətbiqinin təşviq olunması məqsədi daşıyır. Proqram çərçivəsində iştirakçılara mentorluq, təlim və investisiya imkanları təqdim olunur. Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir həm də elmin innovasiya sektoruna ötürülməsi baxımından bilik mübadiləsinin təşviqi üçün əhəmiyyətli platforma rolunu oynayıb. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Nvidia və AMD Səudiyyə Ərəbistanına çiplər tədarük edəcək
    Next Article
    Bu ölkə sosial şəbəkələrdə bəyənmələrə görə cinayət məsuliyyətini ləğv edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment