Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Əsas istəyi məni evləndirməkdir"

    2 days ago

    "Lalə xanımın səhhətində hər hansı bir dəyişiklik yoxdur. Vəziyyəti stabildir. Ev şəraitində müayinələri davam edir. Həkimlər də evə gəlib, onun səhhətini yoxlayırlar". Bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş Dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət anasının son durumu ilə bağlı danışarkən deyib. “Lalə xanım bağdadır, nitqində və hərəkət qabiliyyətində hər hansı dəyişiklik yoxdur. Onun əsas problemi ürəkdir. Bu yaxınlarda ətraflı müayinədən keçib. İndi öz həkimlərinin nəzarətindədir. Hər şey yaxşıdır. O daha çox gününü fəlsəfi kitablar oxumaqla keçirir. Sözsüz ki, siyasi prosesləri də izləyir. Söhbət edəndə yalnız bir şeyi vurğulayır ki, mən evlənim. Mənə ayrı sözü yoxdur. Bu isə qismətdir, məndən asılı deyil”. Xatırladaq ki, Lalə Şövkət 2021-ci ildə infarkt keçirib, ürək əməliyyatı olmuşdu. 1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.
    Click here to Read more
    Prev Article
    Tramp: ABŞ Yəməndə husilərin mövqelərinə zərbələri dayandırır
    Next Article
    Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – YENİ DETALLAR

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment