Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ev satmağa tələsməyin: kəskin BAHALAŞACAQ - AÇIQLAMA

    13 hours ago

    Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.  Bəs bahalaşmanın səbəbləri nədir?  Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Kənan Qulizadə açıqlama verib: "Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb".  İqtisadçının sözlərinə görə, 2022-ci ilin mart-aprel aylarında paytaxtın mərkəzi rayonlarında yeni tikililərin qiyməti xeyli aşağı olub. Mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu bilavasitə sünii bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materialları, tikinti xidmətlərinin baha olması ilə bağlıdır.  Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ şəhər ərazisində qeydə alınıb. Həmçinin Nardaran bağlarında torpaq 70 faiz bahalaşıb. Ekspert artım prosesinin davamlı olacağını bildirir. Baxmayaraq ki, 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşdırıldı. Artıq məhdudlaşma ilə bağlı hər hansı əsas yoxdur. Buna baxmayaraq yeni başlayan inşaat layihələrinin sayı azdır. Bu da o deməkdir ki, bu ilin sonuna kimi tikinti şirkətləri arasında rəqabət olmayacaq.  Ekspert onu da qeyd edib ki, paytaxtda 150-dən çox bina qəzalı vəziyyətdədir. Bununla bağlı rəy verilib ki, həmin binaların istismar müddəti başa çatıb. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb. Bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyasi davam edəcək.
    Click here to Read more
    Prev Article
    Volvo, 500 Bin Otomobilini Geri Çağırıyor: İşte Etkilenen Modeller!
    Next Article
    İsmail Kartal'ın takımına yumruklu saldırı! 'Futbol böyle ilerlemez'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment