Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır

    15 hours ago

    Evimizdə əksər elektron cihaz sönülü görünsə də, əslində enerji sərf etməyə davam edir. Mütəxəssislər bunun zaman keçdikcə elektrik xərclərini gözlənilməz dərəcədə artırdığına diqqət çəkirlər. Xüsusilə televizorlar, printerlər, masaüstü kompüterlər, səs sistemləri və oyun konsolları kimi bir çox cihaz səssizcə enerji istehlak edir. Uzaqdan idarəetmə ilə söndürülən cihazlar isə tamamilə sönmək əvəzinə gözləmə rejimində işləməyə davam edərək ay ərzində elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislərin araşdırmalarına əsasən, gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 vatt enerji sərf edir. Lakin bu göstərici inkişaf etmiş oyun konsollarında saatda 10 vatt-a qədər yüksələ bilər. Bundan əlavə, mikrodalğalı sobalar, paltaryuyan maşınlar, elektrik jalüzləri, görüntülü domofon sistemləri və toxunuşla işləyən işıqlandırma sistemləri də az miqdarda olsa belə, daimi şəkildə enerji sərf edir. Elektrik yuvasında unudulan telefon şarj cihazları isə bu görünməz enerji oğruları arasında mühüm yer tutur. Bu tip cihazların enerji sərfiyyatını minimuma endirmək üçün istifadə olunmadıqda onları tamamilə söndürmək və ya elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur. Xüsusilə çoxsaylı cihaz qoşulu olan evlərdə enerji qoruyucu uzadıcılar və ya ağıllı açar sistemlərdən istifadə edilməsi həm rahatlıq, həm də qənaət baxımından effektiv nəticələr verə bilər. Mənbə: Musavat.com
    Click here to Read more
    Prev Article
    CHP’li kankalarına özendi! İYİ Partili Müsavat’tan büyük görgüsüzlük
    Next Article
    Ahmet Nur Çebi'den çağrı: 'Çürük yumurtaları ayıklamadan...'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment