Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Favorit" restoranında dava: Xəsarət alan şəxs iki saat əməliyyat olundu

    1 hour ago

    Bakının Y.Çəmənzəminli və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən "Favorit” restoranında dava baş verib. Qaynarinfo-nun məlumatına görə, hadisə zamanı 1961-ci il təvəllüdlü B. Seymur xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dava zamanı stəkan qırılıb və qırıntı Seymurun qoluna bataraq ona ciddi xəsarət yetirib. İlkin məlumatlara əsasən, dava restoranda dostlar arasında hesab üstündə yaranan mübahisə nəticəsində baş verib. İlqar (şərti ad), Rasim və Seymur birgə restorana yeyib-içməyə gediblər. Yeməkdən sonra İlqar Seymura "hesabı bağla, gedək” deyib, lakin Seymur bundan imtina edib. Bu zaman İlqar restorandan çıxmaq istəyən Seymurun qolundan tutaraq, ondan hesabı ödəməyi tələb edib: "Bizi sən dəvət etmisən, necə ola bilər ki, hesabı bağlamayasan?” Mübahisə zamanı Seymur yıxılaraq stolun üzərinə düşüb. Nəticədə stəkanın şüşə qırıntısı qoluna batıb, qab-qacaq yerə düşərək sınıb. Yaralı dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkimlər onun qolunda iki saatlıq cərrahi əməliyyat aparıblar. Məhkəmə prosesində Seymur törətdiyi əməldən peşman olduğunu bildirib. O, yüksək şəkər xəstəsi olduğunu və bir ayağının protezlə əvəz olunduğunu da qeyd edib. Məhkəmə ona 200 manat məbləğində inzibati cərimə tətbiq edib.
    Click here to Read more
    Prev Article
    Ulu Öndərin xatirəsinə həsr olunmuş Alpaqut turniri keçiriləcək
    Next Article
    "SpaceNews": Çin super ağır raketdə irəliləyiş elan etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment