Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Feldşer lotereyadan 1 milyard uddu

    8 hours ago

    Rusiyada feldşer lotereyadan 1.2 milyard rubl (təxminən 25 milyon 304 min manat) udub. “Rus Lotto”nun Yeni il tirajının qalibi Saxalin şəhər xəstəxanasının feldşeri Aleksandr Kuryayev olub. Kuryayev 2024-cü ilin noyabr ayının sonunda televiziyada “Yeni il milyardı – 2025” lotereyasının reklamına baxdıqdan sonra uğurlu bilet alıb. Xoşbəxt qalib 1,2 milyard rubl qazanıb. Vergi endirimlərindən sonra o, təxminən 781 milyon rubl (təxminən 16 milyon 468 min manat) alacaq. Kuryayev bildirib ki, lotereyada iştirak onun ailəsində ənənədir. Əvvəllər anası lotereyada paltaryuyan maşın, gəlini maşın, özü isə televizor udub. Kuryayev hazırda feldşer işləyir. Həyat yoldaşı, iki oğlu və bir nəvəsi var. Kişi etiraf edib ki, pul mükafatını daşınmaz əmlak almağa xərcləyəcək. O, arvadı ilə bütün ailəsinin qala biləcəyi dəniz kənarında böyük bir ev tikmək istəyir. Bundan əlavə, o, bir qayıq almağı, özü və həyat yoldaşı üçün səyahət pulunu ödəməyi planlaşdırır. Lent.az
    Click here to Read more
    Prev Article
    10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu
    Next Article
    Kayserisporlu kaleci Bilal Beyazıt o anları anlattı: 'Fernando Muslera penaltı için üzüldü'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment