Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Fermerlərə 40% subsidiya və 60 ayadək kredit imkanı ilə kənd təsərrüfatı texnikası

    6 hours ago

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş qaydalara əsasən, kənd təsərrüfatı texnikasını kreditlə əldə etmək istəyən fermerlər üçün dövlət tərəfindən ciddi dəstək mövcuddur. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə kənd təsərrüfatı texnikasının dəyərinin 40%-i təchizatçıya ödənilir, qalan məbləğin 20%-ni isə alıcı ilkin ödəniş kimi ödəyir. Finss.az xəbər verir ki, MCB BOKT isə qalan 40%-i məbləğində faizsiz kredit təklif edərək, fermerlərə müasir aqrar texnikaları əldə etmək imkanı yaradır. Bu, ot biçən, gübrə səpən, gübrə qarışdırıcı, dərman səpən, kartof əken və digər kənd təsərrüfatı texnikalarının alınmasını asanlaşdırır. Aqrar Texnikanın Lizinq Şərtləri: Maksimal Lizinq müddəti: 60 ay Minimal ilkin ödəniş: 20% Subsidiya: 40% (AKİA tərəfindən ödənilir) Bu layihə, artıq yüzlərlə fermerin istifadə etdiyi və AKİA və MCB BOKT vasitəsilə kənd təsərrüfatı sahəsində müasir texnikaları əldə etməyə kömək edən uğurlu bir təşəbbüsdür. Ətraflı məlumat üçün keçid: //mcb.az/k%c9%99nd-t%c9%99s%c9%99rrufati-texnikasinin-lizinqi-akia/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Kredit xətti ilə biznesinizi maliyyələşdirin: 10 milyon manatadək imkanlar
    Next Article
    Bosch Unlimited 10’un Öne Çıkan Özellikleri Tanıtıldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment