Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Fermerlərə və kiçik təsərrüfat sahiblərinə mikro kredit dəstəyi

    2 hours ago

    "Rabitəbank" ASC, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə fermerlər və kiçik təsərrüfat sahiblərinə Mikro Kreditlər təklif edir. Finss.az xəbər verir ki, bu kreditlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların ehtiyaclarını qarşılamaq və onların inkişafını dəstəkləmək məqsədilə təqdim olunur. Mikro Kreditlər, aqrotexniki qulluq, gübrə və yem alınması üçün nəzərdə tutulub. Kredit məbləği 15 000 AZN-ə qədərdir və faiz dərəcəsi 12% olaraq müəyyən edilmişdir. Kreditin müddəti 12 ay olmaqla, aqrotexniki qulluq və gübrə kreditləri üçün 7 ay, yem krediti üçün isə 6 ay güzəşt müddəti təklif olunur. Bu kreditlər fərdi sahibkarlar və hüquqi şəxslər üçün nəzərdə tutulub. Kredit almaq üçün tələb olunan sənədlər arasında şəxsiyyəti təsdiq edən sənəd, elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat, torpaq sənədi, həmçinin müvafiq təchizatçılarla bağlanmış müqavilələr yer alır. Mikro Kreditlər, annuitet ödəniş forması ilə geri ödənilir və kreditlər üzrə haqq və komissiyalar 1-3% arasında dəyişir. Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/aqrar-kredit-ve-inkisaf-agentliyinin-desteyi-ile-mikro-kredit Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    “Qala Steel Company” şirkətin 187 min manat vergi borcu var
    Next Article
    Bizneslərə anbar və nəqliyyat xərclərinin azaldılması üçün yeni maliyyə xidmətləri təqdim edilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment