Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Finans Kredit” mənfəəti azalıb

    33 minutes ago

    Finss.az - Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Finans Kredit” MMC 2024-cü maliyyə ilini 203 min manat xalis mənfəətlə yekunlaşdırıb. Müqayisə üçün qeyd edək ki, təşkilat 2023-cü ildə 212 min manat xalis mənfəət əldə etmişdi. Şirkətin maliyyə hesabatlarına əsasən, 2024-cü ildə “Finans Kredit”in faiz gəlirləri 731 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 22 min manat və ya təxminən 3,1% artım deməkdir. Haqq və komissiya gəlirləri də artaraq 35 min manatdan 41 min manata yüksəlib. Kredit portfelində də artım müşahidə olunub. Belə ki, müştərilərə verilmiş kreditlərin həcmi 265 min manat və ya 9,6% artaraq 3 milyon 12 min manata çatıb. 31 dekabr 2024-cü il tarixinə BOKT “Finans Kredit”in cəmi aktivləri 3 milyon 470 min manat olub. Bu göstərici 2023-cü ilin sonunda 3 milyon 133 min manat idi, yəni illik artım 337 min manat və ya təxminən 10,8% təşkil edib. Qeyd edək ki, “Finans Kredit” MMC 30 sentyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilatın 641 min manatlıq nizamnamə kapitalının 100%-i Məmmədov Rəmiyəddin Hüseyn oğluna məxsusdur. Mənbə: “Finans Kredit” MMC-nin 2024-cü il üzrə maliyyə hesabatı
    Click here to Read more
    Prev Article
    Orxan Məmmədov: “Qadınların maliyyə azadlığına sahib olması vacib amildir”
    Next Article
    İlon Maskın şirkəti Optimus robotunun geniş imkanlarını təqdim etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment