Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Ford" Çin bazarına avtomobil tədarükünü dayandırıb

    1 week ago

    ABŞ-ın "Ford Motor" şirkəti prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumlarına cavab olaraq Çinə yönəlmiş avtomobil tədarükünü müvəqqəti dayandırıb. Valyuta.az xəbər verir ki, bu həftə ərzində şirkət ABŞ-ın Miçiqan ştatında istehsal olunan "F-150 Raptor", "Mustang" və "Bronco" SUV modelləri ilə yanaşı, Kentukki ştatında istehsal edilən "Lincoln Navigator" avtomobillərinin də Çinə göndərilməsini dayandırıb. Bildirilib ki, Çin tərəfindən tətbiq olunan cavab rüsumları nəticəsində bu modellərin üzərinə 150 faizə qədər əlavə vergi qoyulub. Məlumata görə, "Ford" şirkəti məsələyə dair rəsmi şərh verməyib. ABŞ avtomobil istehsalçıları Trampın vaxtaşırı tətbiq etdiyi gömrük rüsumlarının yaratdığı təsirləri minimuma endirmək üçün alternativ yollar axtarır. Bu ticarət siyasətinin avtomobil istehsalçılarının və hissə təminatçılarının mənfəətinə mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. Hesabatda qeyd edilir ki, şirkət tərəfindən ABŞ-da istehsal olunan mühərrik və transmissiyaların Çinə ixracı davam edəcək. Çin istehsalı olan "Lincoln Nautilus" modelinin də yüksək rüsumlara baxmayaraq, göndərişləri davam etdiriləcək. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Netflix'te Ruh Halinize Göre Film/Dizi Arayabileceksini (Yapay Zekâ Dediğin Böyle Olur)
    Next Article
    Lucas Torreira galibiyetin şifresini verdi: 'Kazanıyoruz çünkü...'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment