Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Ford" illik proqnozdan imtina etdi - SƏBƏB

    1 hour ago

    “Ford” şirkəti 2025-ci ildə rüsumların maliyyə nəticələrinə 1,5 milyard dollarlıq mənfi təsir göstərəcəyini bildirib Valyuta.az xəbər verir ki, "Ford" şirkəti 2025-ci ilin birinci rübü üzrə gözləniləndən daha yaxşı maliyyə nəticələri açıqlasa da, ABŞ Prezidenti Donald Trampın avtomobil idxalına tətbiq etdiyi tariflərin mənfi təsirləri səbəbindən illik gəlir proqnozunu geri çəkib. Şirkətin yaydığı bəyanatda qeyd edilir ki, avtomobil və avtomobil hissələrinin idxalına tətbiq edilən 25%-lik rüsumlar "Ford"un 2025-ci il üçün faiz və vergilərdən əvvəlki mənfəətinə (EBIT) təxminən 1,5 milyard dollar həcmində mənfi təsir göstərəcək. Şirkət bildirib ki, rüsumlardan əvvəl işlərin gedişi 7-8,5 milyard dollar aralığında planlaşdırıldığı kimi davam etsə də, yaranan qeyri-müəyyənliklər proqnozun saxlanmasını çətinləşdirir. Bu açıqlamadan sonra "Ford"un səhmləri birja sonrası ticarətdə 2,36% ucuzlaşıb. “Şirkət rüsumlar, təchizat zəncirində mümkün pozuntular, ABŞ-d əlavə və ya yeni rüsumların tətbiqi, digər ölkələr tərəfindən qisas tədbirləri, vergi və emissiya siyasətindəki qeyri-müəyyənliklər səbəbindən proqnoz verməkdən imtina edir", – deyə bəyanatda vurğulanır. Trampın avtomobil idxalına tətbiq etdiyi 25%-lik rüsumların "Ford"a digər istehsalçılar qədər təsir etməyəcəyi bildirilir. Çünki "Ford"un ABŞ-da satdığı avtomobillərin 80%-i ölkə daxilində istehsal olunur. Lakin avtomobil hissələrinə tətbiq olunan əlavə rüsumlar şirkətin maliyyə göstəricilərinə təzyiq göstərməkdədir. Birinci rübdə "Ford"un gəliri 40,7 milyard dollar olub ki, bu da analitiklərin 36,75 milyard dollarlıq gözləntilərini üstələyib. Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 42,8 milyard dollardan aşağı düşüb. Ford bildirir ki, aprel ayında satışlarda 19% artım müşahidə olunub. Qismən rüsumların qüvvəyə minməsindən əvvəlki alışlar da bu artıma təsir göstərib. Ümumilikdə, ilk rübdə satışlar 1,3% azalaraq 501 291 ədəd təşkil etsə də, pərakəndə satışlar 5% artıb. Bu artım əsasən yük avtomobilləri, yolsuzluq avtomobilləri (SUV) və elektrikli nəqliyyat vasitələrinin satışları hesabına olub. Şirkət həmçinin bu ayın əvvəlində "Amerika üçün əl sıxma" təşəbbüsü çərçivəsində əməkdaş endirimlərini bütün amerikalılara şamil edib. Bu təşəbbüs çərçivəsində bir avtomobil üçün orta endirim 4 min dollara qədər ola bilər. Şirkət bu endirim kampaniyasını 4 iyul tarixinədək uzadıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Ləğv edilən tenderi "MİDA" yenidən açıq elan etdi
    Next Article
    Süper Lig'de 34. haftanın VAR kayıtları yayımlandı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment