Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Fransanın sabiq birinci xanımı qırmızı xalıda diqqətləri üzərinə çəkdi - FOTO

    3 hours ago

    Fransanın sabiq prezidenti Nikola Sarkozinin həyat yoldaşı, supermodel Karla Bruni Kann Kino Festivalında diqqətçəkən görünüşü ilə gündəmə gəlib.  HİT.az xəbər verir ki, onun fotolarını "Daily Mail" portalı dərc edib. 57 yaşlı Karla Bruni Kann şəhərində keçirilən 78-ci beynəlxalq film festivalı çərçivəsində nümayiş olunan "Finikiya sxemi" filminin premyerasında iştirak edib. O, qırmızı xalıya bordo rəngli, yarığı olan uzun məxməri don və hündürdaban qara sandal geyimində çıxıb.  Modelin obrazını iri sırğalar, kütləvi bilərzik, qara dəri klatç və üzük tamamlayıb. Saçları dalğalı formada düzəldilib, makiyajda isə qara konturla çəkilmiş göz qələmi və təbii tonlu dodaq boyası istifadə olunub. Karla Bruni ilə Nikola Sarkozi 2007-ci ildə diplomatik qəbulda tanış olub. 2008-ci il yanvarın 8-də o dövrdə prezident vəzifəsini icra edən Sarkozi münasibətlərini rəsmi şəkildə təsdiqləyib və evlənmək niyyətində olduğunu bəyan edib. Cütlüyün nikahı 2008-ci il fevralın 2-də Yelisey sarayında baş tutub. Bu, Nikola Sarkozinin üçüncü evliliyi olub. Onların qız övladı Culya 2011-ci il oktyabrın 19-da dünyaya gəlib. Samir
    Click here to Read more
    Prev Article
    Kamran Əliyev üç ölkənin nümayəndə heyəti ilə görüşüb - Fotolar
    Next Article
    Uşağın psixologiyasını pozan oyuncaqlar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment