Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Gənc yaşında evsiz qalır, mağazalardan oğurluq edərək yaşayır – öz brendini quran qadının hekayəsi

    3 hours ago

    "Nasty Gal" brendinin qurucusu, "Girlboss" platformasının təsisçisi Sofiya Kristina Amoruso ABŞ-nin Kaliforniya ştatında dünyaya gəlib. Sahibkar, yazıçı, investor, motivasiya siması olan bu sahibkarın çətin, kəşməkeşli yolu olub.  Sofiya Kristina Amoruso uşaqlıqda DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik) diaqnozu qoyulur. Məktəbdən ayrılan Sofiya gənc yaşlarında evsiz qalır, mağazalardan oğurluq etməyə başlayır. Beləcə həyatını davam etdirir.  Gənc yaşlarında evi belə olmayan Sofiyanın öz şəxsi brendini qurması asan başa gəlmir. Bütün çətinliklərə baxmayaraq, 22 yaşında o həyatının ən mühüm qərarlarını almağa başlayır. İş həyatına atılan  Sofiya eBay-də vintage (ikinci əl) qadın geyimləri satmağa başlayır. Hər şeyi öz-özünə edir, məhsulları əl ilə seçir, modaya uyğunlaşdırır, şəkillərini çəkir və yaradıcı təsvirlərlə yerləşdirməyə başlayır. Məhsullara şəxsi üslub qatır, sosial mediadan istifadə edərək müştəri bazası qurmağa başlayır. O, beləcə hədəf kütləsi ilə dil tapmağı bacarır. 100 milyon dollarlıq gəlir Bir zamanlar mağazalardan oğurluq edərək həyatda qalmağa çalışan Sofiya 2008-ci ildə “eBay”dan ayrılır, “Nasty Gal Vintage" adında öz veb saytını qurur. Bu veb saytı 4 il sonra - 2012-ci ildə 100 milyon dollardan çox gəlir əldə edir. Hətta şirkəti ən sürətlə böyüyən pərakəndə şirkətlərindən biri olur. Hansı ölkədə yaşamağımızdan asıllı olmayaraq biznes qurmaq müəyyən vaxt məsuliyyət və risk tələb edir. Məhz Sofiya da riskləri öz üzərinə götürə bilir. O, 2013-cü ildə "Forbes" tərəfindən "30 yaşdan aşağı sahibkar qadınlar" siyahısına daxil olunur.  Gənc sahibkarın şirkəti iflas dalğasında  Hər bir biznesin çətin dönəmləri olduğu kimi Sofiyanın biznesi də iflas dalğasına düşür. Belə ki, "Nasty Gal" sürətlə böyüsə də, korporativ idarəetmə təcrübəsinin azlığı, daxili ixtilaflar və işçi narazılıqları səbəbi ilə çətin vəziyyətdə qalır. 2015-ci ildən narazılıqlar artmağa başlayır. 2016-cı ildə şirkət maliyyə iflası elan edir. Nəticədə Amoruso CEO vəzifəsindən istefa edir. 2017-ci ildə brend "Boohoo" şirkəti tərəfindən 20 milyon dollara satın alınır. Gənc sahibkar fenomenə çevrilir Həyatda təcrübə qazanmaq qədər, təcrübəni paylaşmaq, yol göstərmək də önəmlidir. Sofiya da keçdiyi çətin yolu, bioqrafiyasını kitab səhifələrinə sığdıra bilir. Onun 2014-cü ildə “Girlboss” adlı avtobioqrafik kitabı çap olunur. Həyatından bəhs edən bu kitab “New York Times” bestseller siyahısına düşür. Bu kitab qadın sahibkarlığı və öz gücünü tapmaq haqqında motivasiya qaynağına çevrilir. 2017-ci ildə Netflix bu kitab əsasında "Girlboss" adlı 1 mövsümlük serial hazırlayır. Yeni platforma - Qadınların ilham məkanı Həyatda gənc yaşlarında artıq bir təcrübə qazanmış sahibkar qadın şirkət iflasından sonra geri çəkilmir. Sofiya Amoruso "Nasty Gal" iflasından sonra 2017-ci ildə “Girlboss Media” adlı yeni platforma qurur. Qadınlar üçün konfranslar, bloqlar, podkastlar və onlayn kurslar təşkil edir. Sahibkar qadınların bir-birindən öyrənməsi üçün şəbəkələşmə və ilham məkanı yaradır. O, 2022-ci ildən etibarən əlavə mentorluq platformaları, investisiya proqramları və yazarlıq fəaliyyətləri ilə məşğul olur. Gənc sahibkar “Forbes”, “Inc”, “Fast Company” və “Fortune” kimi platformalarda qadın sahibkarlığının siması kimi təqdim olunub. Sofiya Amorusonun "Girlboss" anlayışı qlobal feminizm və qadın biznes ədəbiyyatında yeni bir dalğa yaradır. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bir tekstil firması daha batıyor! 30 yıllık dev firma iflas etti
    Next Article
    Avro və rubl dəyər qazanır - Günün məzənnəsi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment