Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    General Həzi Aslanov Milli Məclisdə hesabat verir

    11 hours ago

    Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilir. Hesabat parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. İllik hesabatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təqdim edir. Qeyd olunub ki, hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, beynəlxalq təsisatların, 20 qeyri-hökumət təşkilatının, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb. Həmçinin bildirilib ki, aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib. ©modern.az
    Click here to Read more
    Prev Article
    Samir Rzayev: "Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
    Next Article
    Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment