Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Generala məxsus olduğu deyilən şirkət 2,5 milyonluq tenderin qalibi oldu

    2 hours ago

    Elm və Təhsil Nazirliyi 7-9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı ilə bağlı tenderə yekun vurub.  Valyuta.az xəbər verir ki, tenderin qalibi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti seçilib.  Şirkətin qiymət təklifi 2 535 277 manat olub.  Bu məbləğə 7-9-cu siniflər üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Riyaziyyat”, “Kimya”, “Fizika”, “İngilis dili”, “Alman dili”, “Rus dili”, “Fransız dili”, “Biologiya”, “Coğrafiya” və “Zəfər tarixi” kitabları nəşr ediləcək.  İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 589 880 manatdır. Hüquqi ünvanı Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17-də yerləşən şirkətin qanuni təmsilçisi Əhmədov Oktay İsgəndər oğludur. “Şərq-Qərb” ASC-nin yerləşdiyi hüquqi ünvanda “Şərq-Qərb Nəşriyyat Evi” MMC və "Şərq-Qərb Mülk” MMC də qeydiyyatdadır.  "Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsinin bazasında yaradılıb. Kitab evi özəlləşdirilərək, sonra "Şərq-Qərb” ASC-yə çevrilib. Mediada gedən məlumatlara görə, ASC Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.  Həmin məlumatlarda iddia edilir ki, şirkətin səhmlərinin 96% Mehdiyev Ramiz Teymur oğluna, 0,81% Məmmədov Tariq Qurban oğluna məxsusdur. General-mayor Teymur Mehdiyev hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində işləyir  O, eyni zamanda “BTB Bank”ın sahibi kimi tanınır.  “Şərq-Qərb” ASC bu tenderdən əvvəl Elm və Təhsil Nazirliyinin duz qutularının və karton taranın satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 174 042,92 manat idi. Ötən il isə şirkət nazirliyin 4 tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam dəyəri 4 777 675,24 manatdır.  Hüseyn
    Click here to Read more
    Prev Article
    Yapay Zekâ ile E-posta Yazabileceğiniz 7 Ücretsiz Uygulama
    Next Article
    Ulduz hücumçu "Beşiktaş"dan gedir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment