Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Google illər sonra loqosunu dəyişdi - Yeni loqo təqdim olundu

    16 hours ago

    "Google" illərdir dəyişməyən ikonik “G” loqosuna yeni bir toxunuş edib. Valyuta.az xəbər verir ki, yenilənmiş loqo dizaynında rənglərin bir-birinə yumşaq keçidlərlə qarışdığı daha axıcı və müasir üslub diqqət çəkir. Şirkət sonuncu dəfə 10 il əvvəl dəyişdirdiyi “G” loqosunu bu dəfə daha fərqli bir vizual estetika ilə yeniləyib. Əvvəllər dörd əsas rəng sərt şəkildə bir-birindən ayrılırdısa, yeni dizaynda rənglər qırmızıdan sarıya, sarıdan yaşıl və yaşıl rəngdən mavi tonlara zərif keçidlər vasitəsilə bir-birinə qarışır. Bu rəng harmoniyasının "Google Gemini"də istifadə olunan paletlə oxşarlıq göstərdiyi qeyd olunur. Yenilənmiş “G” simvolu ilk olaraq "iPhone" istifadəçilərinə təqdim olunub. Belə ki, "iOS" əməliyyat sistemindəki "Google axtarış" tətbiqinə daxil olan son yeniləmə ilə loqo dəyişib. "Android" istifadəçiləri isə bu dəyişikliyi "Google" tətbiqinin 16.18 beta versiyasında görməyə başlayıblar. Yeni dizayn xüsusilə tətbiqi əsas ekranda tez-tez istifadə edənlər üçün kiçik, lakin nəzərə çarpacaq bir yenilik kimi qiymətləndirilir. Hazırda “Google” sözünün yer aldığı əsas loqoda hər hansı bir dəyişiklik edilməyib.  Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək
    Next Article
    Vüqar Namazov nəyi düz etmir?- "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment