Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Google" süni intellekt startaplarına dəstək üçün fond yaratdı

    11 hours ago

    “Google” süni intellekt sahəsində çalışan startaplara dəstək üçün yeni təşəbbüsə start verib. Valyuta.az xəbər verir ki, "Google" bazar ertəsi süni intellekt sahəsində fəaliyyət göstərən startapları dəstəkləmək məqsədilə yeni təşəbbüsünü – “AI Futures Fund” layihəsini elan edib. Bu təşəbbüs "Google DeepMind" tərəfindən hazırlanmış ən son süni intellekt alətlərindən istifadə edən startaplara investisiya yatırmağı hədəfləyir. Fonddan həm ilkin mərhələdə olan, həm də inkişaf etmiş mərhələdəki startaplar yararlana biləcək. Dəstək çərçivəsində quruculara "Google DeepMind" tərəfindən hazırlanmış süni intellekt modellərinə erkən çıxış imkanı veriləcək, həmçinin onlar "Google DeepMind" və "Google Labs" mütəxəssisləri ilə birgə işləyə biləcəklər. Bundan başqa, startaplara "Google Cloud" kreditləri təqdim olunacaq. Seçilmiş layihələr isə birbaşa "Google" investisiyası əldə etmək şansı qazanacaqlar. "Google" sözçüsü bildirib ki, "AI Futures Fund müəyyən olunmuş qrup və ya mərhələ əsaslı model üzrə fəaliyyət göstərmir. Ərizə prosesi davamlıdır və müəyyən bir son müraciət tarixi yoxdur. Fondun məqsədləri ilə uyğun gələn şirkətlərlə qarşılaşdıqda, onlara investisiya etməyə qərar verə bilərik. Hazırda fondun dəqiq həcmi açıqlanmır və investisiya məbləği şirkətin mərhələsi və ehtiyaclarına uyğun dəyişir. əsasən erkən və orta mərhələlərdə, lakin daha inkişaf etmiş mərhələlər də istisna edilmir.” Son aylarda "Google" süni intellekt sahəsində çalışan istedadlara və elmi yeniliklərə dəstəyini artırıb. Ötən ilin noyabrında şirkətin xeyriyyə fondu olan "Google.org" süni intellekt sahəsində çalışan tədqiqatçılara və alimlərə 20 milyon dollar dəyərində maliyyə dəstəyi ayıracağını açıqlayıb. Xatırladaq ki, sentyabr ayında "Google"un baş direktoru Sundar Pichai dünya üzrə süni intellekt təhsili və təlimlərinin genişləndirilməsi məqsədilə 120 milyon dollarlıq Qlobal Süni İntellekt İmkanları Fondunun yaradıldığını elan edib. "Google.org" həmçinin, süni intellekt texnologiyaları üzərində çalışan qeyri-kommersiya təşkilatlarına birbaşa maliyyə ayırmağı hədəfləyən 20 milyon dollarlıq generativ süni intellekt akselerator proqramını istifadəyə verib. Qeyd edək ki, startaplar 12 may tarixindən etibarən müraciət edə bilirlər. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Rekabet Kurumu'ndan Apple Soruşturması Hakkında Açıklama: 7 Şirket Daha Soruşturmaya Dahil Edildi
    Next Article
    Müəllimlərin sertifikasiya imtahanı BU TARİXLƏRDƏ keçiriləcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment