Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Gündəlik gəlir gətirən 5 vərdiş - SƏHƏR OXUSU

    6 days ago

    Hər kəs daha çox qazanmaq, rahat yaşamaq istəyir. Amma maddi azadlıq yalnız yükək gəlirlə deyil, ağıllı vərdişlərlə qurulur. Bəzən gündəlik həyatımızda etdiyimiz sadə seçimlər uzunmüddətli maliyyə sabitliyinə çevrilə bilər. Pul qazanmağın yolu yalnız işdən deyil, davranışlardan keçir.  Valyuta.az gündəlik gəlir gətirəcək 5 vərdiş və davranışı təqdim edir 1. “Özünə ödə” – gəlirin ilk hissəsi sənindir Hər maaş aldığında başqalarına yox, əvvəlcə özünə “borc ver”. Məsələn, maaşın 10%-ni dərhal öz yığım və ya investisiya hesabına keçir. Bu, sənin gələcəyin üçün atdığın ən güclü addım olacaq. Maliyyə sahəsində klassik hesab olunan “The Millionaire Next Door” adlı kitabda qeyd olunur ki, zəngin insanlar bu vərdişi illərlə davam etdiriblər və nəticədə maliyyə azadlığına qovuşublar. 2. Maliyyə fərqindəliliyi – puluna diqqət yetir Pul sadəcə xərcləmək üçün deyil. Onun hara getdiyini izləmək, necə gəldiyini anlamaq, onunla davranmaq – bunlar “maliyyə fərqindəliliyi” adlanır. Georgetown Universitetinin araşdırması göstərir ki, pul haqqında şüurlu düşünən insanlar impulsiv xərclərdən uzaq durur və daha rasional qərarlar verirlər. Yəni puldan qaçmaq yox, onunla dostlaşmaq lazımdır. 3. Büdcə yaz – çünki yazılan unudulmaz Gəlirin və xərclərin qeyd olunmadığı yerdə pul itir. Sadəcə “xərclərimi bilirəm” deməklə iş düzəlmir. “Zero-based budgeting” adlı metod var – hər manatın konkret adı, vəzifəsi olur. Hətta 5 manatlıq qəlyanaltı belə bu planda yer almalıdır. Bu, nəzarəti sənin əlinə verir və qəfil borclanma hallarını azaldır. 4. Az xərclə, ağılla xərclə Zəngin insanlar çox qazanıb çox xərcləyənlər deyil. Onlar ağıllı xərcləyənlərdir. İstədiyini deyil, ehtiyacını alan insanlar maliyyə sabitliyinə daha tez çatır. “The Millionaire Next Door” kitabında bu davranış zənginlik vərdişi kimi təqdim olunur. Az xərcləmək – az yaşamaq demək deyil, düşünərək yaşamaq deməkdir. 5. Maliyyə savadlılığı – pulun dilini öyrən Pulun dilini anlamayan onu itirər. Hər gün 5 dəqiqə olsun, maliyyə ilə bağlı bir şey oxu, dinlə və ya izlə. Bu səni fərqli düşünən, daha ağıllı qərarlar verən biri edəcək. Tiffany Aliche kimi maliyyə ekspertləri qeyd edir ki, maliyyə savadlılığı zənginliyin başlanğıcıdır. Onun “Split it Before You Get It” metodu minlərlə insana öz pullarını düzgün bölməyi öyrədib.
    Click here to Read more
    Prev Article
    Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
    Next Article
    Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment