Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Gürcüstanın keçmiş prezidenti pul çatışmazlığından şikayətlənir

    1 week ago

    Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində ABŞ-dan maliyyə çatışmazlığını etiraf edib.  HİT.az xəbər verir ki, onların söhbətinin videosu "VKontakte" sosial şəbəkəsində yayımlanıb. Kuznetsov və Stolyarov dialoq apararaq, özlərini şahmatçı və müxalifətçi Qarri Kasparov kimi təqdim ediblər. Onun adından onlar maliyyə yardımı etməyə hazır olduqlarını bildiriblər və həmçinin ABŞ hökumətindən hansı dəstəyə ehtiyac olduğunu öyrənməyi xahiş ediblər. Zurabişvili etiraf edib ki, hazırda Gürcüstan müxalifət hərəkatı "kritik məqamda"dır. "Birincisi, bunlar ümumilikdə mediadır, xüsusən də regional mediadır. Onlar məhdud büdcələrlə işləməyə öyrəşiblər, lakin indi bu qədər cüzi məbləğlər belə yoxdur. Onlar çox çətin vəziyyətdədirlər", deyə o, bildirib. Zurabişvili əlavə edib ki, sosial məsələlərlə, seçkilərlə məşğul olan həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının da pula ehtiyacı var. Samir
    Click here to Read more
    Prev Article
    Alimlər: Yer ən azı daha bir milyard il yaşamaq üçün yararlı olacaq
    Next Article
    Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment