Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Hansı kəlmələr boşanmaya səbəb olur?

    3 hours ago

    Hazırda müasir cəmiyyətimizin mənəvi problemlərindən biri də yeni qurulan – gənc ailələrdəki boşanma hallarıdır.  Psixoloqların fikrincə, ailədaxili mübahisələr zamanı bir neçə ifadə var ki, onları kişiyə söyləmək tövsiyə edilmir. Maraqlıdır, söhbət hansı ifadələrdən gedir?  Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, elə ifadələr var ki, qarşı tərəfi özündən soyudur:  “Bu ifadələrdən biri “Əgər mən başqasına ərə getsəydim…”. Bu ifadə kişini nəinki hirsləndirmir, hətta qadının həyatını çətinləşdirir. Daha sonra “Sən bir kişi olaraq elə də dəyərli deyilsən…”. Bu cümlə ilə insanı ruhən çökdürür, hətta intihara belə səbəb olur. “Sən elə atan və ya anan kimisən.., elə ona bənzəmisən…”. Bu ifadəni eşidən şəxsin gəldiyi nəticə o olur ki,  ailəmizi sevmir,  onunla evlənəndə hara baxırdım. “Elə övladın da sənə bənzəyib bu çatışmazlıqlarla…” ifadəsi də ailələr arasında işlənməməlidir. Bu sözü eşidən düşünür ki, o nə məni, nə də övladlarımızı sevməyib, bizimçün yaddır. Bu sadalanan sözlər isə artıq boşanmaq üçün bir bəhanəyə, daşmaqda olan kasanın son damlasına çevrilir. Bu səbəbdən də danışarkən sözlərimizə fikir versək , yaxşı olar”. Sevinc  
    Click here to Read more
    Prev Article
    ChatGPT "ağlını itirib": yeni versiya istifadəçiləri zərərli qərarlara təşviq edib
    Next Article
    "Grandolf" şirkətinin 134 min manat vergi borcu üzə çıxdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment