Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Hava daşımalarında rəsmiyyətin sadələşdirilməsi ilə bağlı ilk iclas keçirildi

    9 hours ago

    Finss.az -  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə ilk iclas keçirilib. İclasda Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov 20-ə yaxın dövlət proqramının və strategiyanın monitorinqi və qiymətləndirilməsi üzrə Mərkəzin fəaliyyətini təqdim edərək, sözügedən Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və rəqəmsal platforma barədə ətraflı məlumat verib. Görüşdə Dövlət Proqramının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi, eləcə də, Dövlət Proqramının tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışılıb. İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri ilə müzakirə aparılıb Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    CIC ABŞ-da 1 mld. dollar dəyərində sərmayə satmağa başlayır
    Next Article
    "Abşeron" yatağının ikinci mərhələsi 2025-ci ildə tamamlanacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment