Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Hesabat dövründə Azərbaycanın ümumi qaz ixracı 8 milyard kubmetr təşkil edib

    21 hours ago

    Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu barədə məlumatı Energetika Nazirliyi yayıb. Nazirliyin məlumatına əsasən, hasil edilən qazın 4,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 9 milyard kubmetri "Şahdəniz" yatağının, 0,5 milyard kubmetri "Abşeron" yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) payına düşüb. Hesabat dövründə Azərbaycanın ümumi qaz ixracı 8 milyard kubmetr təşkil edib. Bu qazın 4 milyard kubmetri Avropa İttifaqı ölkələrinə, 3,1 milyard kubmetri Türkiyəyə (o cümlədən Trans-Anadolu Boru Kəməri - TANAP vasitəsilə 1,9 milyard kubmetr), 0,9 milyard kubmetri isə Gürcüstana satılıb. Energetika Nazirliyinin açıqlamasına görə, 1 may 2025-ci il tarixinə qədər "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından ümumilikdə 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə) və 480 milyard kubmetr qaz hasil edilib. Xüsusilə, AÇG yatağından 606,9 milyon ton neft və 234,2 milyard kubmetr qaz, "Şahdəniz" yatağından isə 49,9 milyon ton kondensat və 245,8 milyard kubmetr qaz çıxarılıb. Ümumilikdə, 1 may 2025-ci ilədək təqribən 654,9 milyon ton neft və 176,5 milyard kubmetr qaz ixrac edilib.
    Click here to Read more
    Prev Article
    Biznesi böyütmək üçün faktorinq xidməti: 2 milyon AZN-ə qədər maliyyə dəstəyi
    Next Article
    Ölkədə neft ixracı 7,8 milyon tona çatdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment