Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Hindistana qarşı Pakistan: Böyük bir nüvə müharibəsi başlaya bilərmi?

    6 hours ago

    İki nüvə dövləti - Hindistan və Pakistan - arasında döyüş əməliyyatları başlayıb. Qarşıdurmanın mərkəzinə çevrilmiş ərazi isə mübahisəli Kəşmir bölgəsidir.  HİT.az xəbər verir ki, Hindistan ordusu Pakistan ərazisində və Pakistanın nəzarətində olan Kəşmirdə "terrorçu infrastrukturuna" zərbələr endirdiyini iddia edib. Pakistan tərəfinin məlumatına görə, bu zərbələr nəticəsində 26 nəfər həlak olub, daha 46 nəfər yaralanıb. Rəsmi İslamabad isə cavab zərbəsinə hazırlaşdığını bəyan edib. "Pakistan Silahlı Qüvvələrinə müvafiq tədbirlər görmək üçün tam səlahiyyət verilib", deyə ölkənin baş naziri Şahbaz Şərif bildirib. Kəşmir ətrafında qarşıdurma 1947-ci ildən davam edir. Hindistan və Pakistan bu region uğrunda artıq bir neçə dəfə müharibə aparıblar, lakin heç bir tərəf Kəşmirə tam nəzarət əldə edə bilməyib. Cari qarşıdurma isə 22 aprel tarixində baş verən terror aktından sonra alovlanıb. Həmin hücum nəticəsində Kəşmirdə 26 hindistanlı turist həlak olub. Hindistan bu hadisədə Pakistanı ittiham edib. Pakistan ittihamları rədd etsə də, bu, vəziyyətin kəskinləşməsinin qarşısını ala bilməyib. Hindistan ordusunun zərbələri fonunda ölkənin baş naziri Narendra Modi, Pakistana həyati əhəmiyyət daşıyan Calam çayının suyunu kəsmək niyyətində olduğunu açıqlayıb. Bu addım, xüsusilə yay aylarında havanın 50 dərəcəyə çata bildiyi bölgədə, əsasən kənd təsərrüfatına söykənən Pakistan üçün böyük təhlükə yaradır. Hadisələrin bu cür inkişafı son dərəcə təhlükəli eskalasiyaya gətirib çıxara bilər. Belə ki, Pakistan hərbi doktrinasına əsasən, ölkənin mövcudluğu birbaşa təhlükə altına düşərsə, birinci nüvə zərbəsi endirmək hüququnu özündə saxlayır. Hindistan isə mümkün cavab üçün - o cümlədən nüvə silahı ilə - hazır olduğunu bildirir. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü il üzrə qiymətləndirməsinə əsasən, Hindistanın 172, Pakistanın isə 170 nüvə başlığı var. Samir
    Click here to Read more
    Prev Article
    Milli Məclis "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bəyanatı qəbul etdi
    Next Article
    FED faiz dərəcələrini dəyişməz saxladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment