Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Hindistanla Pakistan arasında uzunmüddətli müharibə..." - OLAY AÇIQLAMA

    5 days ago

    "Hindistanla Pakistan arasındakı toqquşmanın genişmiqyaslı müharibəyə çevriləcəyini zənn etmirəm".  Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında Hindistan-Pakistan toqquşması barədə danışarkən deyib.  O bildirib ki, iki ölkə arasında daha çox Kəşmir uğrunda mübarizə gedir: "Əslində, bu toqquşma da Kəşmir münaqişəsi çərçivəsində baş verib. Bundan əvvəlki Pakistan-Hindistan müharibələrinə baxdıqda, Banqladeşin müstəqilliyini elan etdiyi müharibə xaric digərlərinin yenə də Kəşmir uğrunda olduğunu görərik. Budəfəki toqquşma da məhz Kəşmirə görə başladı".  Ekspert hesab edir ki, Hindistanla Pakistan arasında başlayan son toqquşmalar uzun müddət davam etməyəcək: "Fikrimcə, tərəflər arasında əvvəlkilər kimi uzunmüddətli müharibə olmayacaq. Bu, sadəcə lokal müharibədir. Təbii ki, sərhəd bölgələrində atışmalar ola bilər, lakin bu, onun total müharibə olduğu demək deyil. Böyük ehtimalla, qısa müddət ərzində dayanacaqlar". Turan Rzayev diqqətə çatdırıb ki, müharibə kifayət qədər xərc tələb edir: "Müasir dövrdə isə müharibə aparmaq daha böyük vəsait tələb edir. Həm Hindistanın, həm də Pakistanın daxildə kifayət qədər problemləri var. Yəni hər iki tərəfin uzun müddət müharibə aparmaq ehtimalları çox aşağıdır.  Onu da qeyd edim ki, Hindistan tərəfi müharibədə maraqlıdır. Çünki daxildəki narazılıqları səngitmək və müharibə yolu ilə problemləri insanların yaddaşından çıxarmaq istəyirlər. Lakin Pakistanla Hindistan arasındakı savaşın Rusiya-Ukrayna müharibəsi kimi uzun illər davam edəcəyini düşünmürəm".  Pərviz
    Click here to Read more
    Prev Article
    Gənclər Fondu auditor seçib
    Next Article
    Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment