Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Hökumə Əliyevanın ev muzeyi tikilir

    3 days ago

    Milli Qəhrəman Hökumə Əliyevanın ev muzeyi tikilir. Bu barədə Milli Qəhrəmanın atası Cəlil Alıyev məlumat verib. Ev muzeyi Samux rayonunun Alıuşağı kəndində yerləşəcək.  Muzeydə Milli Qəhrəmana məxsus əşyalar sərgilənəcək. O qeyd edib ki, ev muzeyi ailə tərəfindən tikilir: “Tikinti özümüz tərəfimizdən aparılır. İşlər yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, - Cəlil Alıyev bildirib. Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. ©Modern.az
    Click here to Read more
    Prev Article
    Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
    Next Article
    Eski futbolcu Ümit Karan'a tutuklama kararı: Cezaevine gönderildi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment