Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “IBM” yaxın 5 ildə ABŞ-a 150 milyard dollar investisiya yatıracaq

    10 hours ago

    Finss.az - ABŞ texnologiya nəhəngi “International Business Machines” (IBM) qarşıdakı beş il ərzində ABŞ iqtisadiyyatına 150 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb. Bu investisiyalar çərçivəsində şirkət serverlər və kvant kompüterləri sahəsində tədqiqat və inkişaf (T&R) fəaliyyətlərinə 30 milyard dollardan çox vəsait ayıracaq. ABŞ texnologiya sektorunun ən böyük işəgötürənlərindən biri olan “IBM”-in məqsədi bu investisiyalar vasitəsilə iqtisadiyyatı stimullaşdırmaq və şirkətin mətbuata verdiyi açıqlamada qeyd etdiyi kimi, "hesablama texnologiyaları sahəsində qlobal lider mövqeyini möhkəmləndirməkdir". Verilən məlumatlara görə, “IBM” son beş il ərzində dünya üzrə “T&R” fəaliyyətlərinə 33.6 milyard dollar, ümumi əməliyyat xərclərinə isə 141.8 milyard dollar sərf edib. Daha əvvəl “Apple Inc.” və “Eli Lilly” kimi digər böyük şirkətlər də ABŞ iqtisadiyyatına iri həcmli investisiya planlarını açıqlamışdılar. “IBM”-in səhmləri bazar ertəsi ticarət sessiyasının əvvəlində 1.2% bahalaşıb. Hazırda qiymətli kağızlar beynəlxalq birjalarda 236$ səviyyəsində ticarət olunurlar. İlin əvvəlindən bəri şirkətin bazar dəyəri 5.7% artaraq 216 milyard dollara çatıb.
    Click here to Read more
    Prev Article
    Yapı Kredi Bank sahibkarlara nağd və qeyri-nağd kreditlər üzrə geniş seçim təklif edir
    Next Article
    Sahibkarlığa dəstək: Aşağı faizlərlə biznesinizi genişləndirin

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment