Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

    10 hours ago

    Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, qeyd olunan vəzifəyə Astanov Mütəllim Dağbəyi oğlu təyin edilib. O, bu postda bir müddət əvvəl Beyləqan Rayon İcra Hakimiyyətində vəzifəyə gedən Əliyev Eldəniz Əliqulu oğlunu əvəzləyib.  Qeyd edək ki, Eldəniz Əliyev Suraxanı RİH-də Əziz Əzizovun (hazırda Beyləqanın icra başçısı) bu rayonun başçısı olduğu dövrdə işə başlayıb. O, əvvəlcə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.  1982-ci il təvəllüdlü Mütəllim Astanov isə əvvəllər Sumqayıt şəhəri, 1 saylı ərazi dairəsi üzə icra nümayəndəsi vəzifəsində çalışıb. O, “Az Motor Doktor” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dağbəyi Astanovun oğludur.   
    Click here to Read more
    Prev Article
    Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi- YENİLƏNİB
    Next Article
    Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib VİDEO/FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment