Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İcra ödənişlərində nağd pul dövrü bağlanır – Yeni qanun qəbul edildi

    11 hours ago

    Finss.az - Azərbaycan Milli Məclisi icra icraatları ilə bağlı mühüm qanun dəyişikliyi edib. Yeni dəyişikliklərə əsasən, icra sənədləri üzrə aparılan ödənişlər artıq yalnız nağdsız formada həyata keçiriləcək. Bu tələbə əməl etməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunacaq və cərimələnəcək. Bu məsələ bu gün parlamentdə müzakirə olunan "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında", "Nağdsız hesablaşmalar haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə əks olunub. Dəyişikliyə əsasən, icra məmurları icra sənədləri üzrə ödənilən vəsaitlərin, icra ödənişlərinin və icra tədbirləri ilə bağlı digər xərclərin yalnız bank köçürməsi və ya digər nağdsız vasitələrlə həyata keçirilməsini təmin etməlidir. Qanun layihəsi parlamentin üçüncü oxunuşunda səsə qoyularaq qəbul edilib. Bu addım ölkədə kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və elektron ödəmə sistemlərinin stimullaşdırılması məqsədilə atılıb.
    Click here to Read more
    Prev Article
    Mikro kreditlərdə 1%-4% komissiya ilə maliyyə ehtiyaclarınızı qarşılamaq daha asan oldu
    Next Article
    Aviasiya sahəsində dövlət rüsumları artırılır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment