Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İİTKM nümayəndələri Xızı-Abşeron Külək Elektrik Stansiyasına səfər ediblər

    34 minutes from now

    Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı və qurumun əməkdaşlarının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) dəvəti və təşkilatçılığı ilə növbəti səfəri Xızı-Abşeron Külək Elektrik Stansiyasına olub. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin icrasının (“Yaşıl enerji məkanı”) monitorinqi çərçivəsində baş tutan səfərdə stansiyanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən layihənin təməlqoyma mərasimi Prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səudinin iştirakı ilə 2022-ci ildə keçirilib. Səfər çərçivəsində ilk olaraq “ACWA Power” şirkətinin ölkəmizdəki layihə direktoru İbrahim Adar İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və BOEMDA-nın direktoru Cavid Abdullayevin iştirak etdiyi görüşdə görülən işlər barədə məlumat verib. O bildirib ki, tikintisi davam edən layihə Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül ərazilərini əhatə edir. İlkin hesablamalara əsasən, 240 MVt gücündə stansiya ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək, bu isə 220 milyon kubmetr təbii qazın qənaətinə, 400 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və 300 min evin elektrik enerjisi ilə təminatına imkan verəcək. Layihənin ümumi dəyəri təxminən 300 milyon ABŞ dollarıdır və tam şəkildə xarici investisiya hesabına maliyyələşdirilir. Görüşün ardınca İİTKM və BOEMDA əməkdaşları külək elektrik enerjisi turbinləri quraşdırılan və tikintisi davam edən stansiyanın ərazilərində olublar. “ACWA Power” şirkətinin ölkəmizdəki layihə direktoru İbrahim Adar İİTKM-in icraçı direktoru Vüsal Qasımlıya xatirə hədiyyəsi təqdim edib.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin bu səfəri ölkəmizin “yaşıl enerji məkanı” məqsədinə nail olması istiqamətində həyata keçirilən layihələrin icra vəziyyətinin yerində öyrənilməsi və monitorinqi baxımından mühüm əhəmiyyət kəsb edir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Şərurlu İsfəndiyar barəsindəki şikayətlə bağlı məhkəməyə gəldi
    Next Article
    Yeni pandemiya təhlükəsi: Alimlər H5N1 virusunun yayılmasından narahatdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment