Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İlham Əliyev Tokayevə zəng etdi

    2 hours ago

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. HİT.az xəbər verir ki, dövlətimizin başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb. Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib. Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.  
    Click here to Read more
    Prev Article
    Baş Prokurorluq və DİN Gəncədə 18 yaşlı gəncin ölümü ilə bağlı birgə məlumat yayıb
    Next Article
    Elgün İbrahimovun ölümü ilə bağlı rəsmi açıqlama

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment