Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İlon Mask "Tesla"nın rəqs edən robotunu nümayiş etdirdi (VİDEO)

    6 hours ago

    İlon Mask "Tesla Optimus" adlı insanabənzər robotun rəqs etdiyi videonu sosial şəbəkələrdə paylaşaraq qısa müddətdə böyük maraq doğurub. Valyuta.az xəbər verir ki, Maskın X səhifəsində yerləşdirdiyi qısa video cəmi bir neçə saat ərzində 7 milyondan çox baxış toplayıb. Milyarder bildirib ki, bu görüntü neyroşəbəkə tərəfindən yaradılmayıb - video gerçək kadrlardan ibarətdir. Robot "təcrübə və səhvlərlə öyrənmə" (reinforcement learning) üsulu ilə təlim keçib. Bu metod insan öyrənmə prosesini təqlid edir. "Optimus"un arxa hissəsinə bərkidilmiş kabel onun yıxılacağı təqdirdə təhlükəsizlik məqsədi daşıyır. Mask robotun rəqsini "ilk nəticə" adlandırıb və yaxın zamanda komandanın üzərində çalışdığı daha çox rəqs nümayişlərinin təqdim olunacağını vəd edib. "Tesla Bot" layihəsi ilk dəfə 2021-ci ilin yayında elan olunmuşdu. Həmin ilin payızında isə "Tesla Optimus" prototipi təqdim edilib. Həmin vaxt bu robotlar hələ sərbəst hərəkət edə bilmirdilər. Bu gün isə onlar artıq gəzir, əşyalar daşıyır, özlərinə bənzər robotların yığılmasında sadə əməliyyatlar yerinə yetirirlər və hətta rəqs edirlər. Bütün bu funksiyalar insan müdaxiləsi olmadan həyata keçirilir. Layihənin məqsədi insanların gündəlik və rutin işlərini – məsələn, market alış-verişi, it gəzdirmək və sair – robotlara həvalə etməkdir. Mask qeyd edir ki, bu texnologiya insanların işlərini əllərindən almağı deyil, onların işini yüngülləşdirməyi qarşıya məqsəd qoyur. Onun fikrincə, gələcəkdə dünyada insanların sayı qədər də robot olacaq. Robotların satışına 2026–2027-ci illərdə başlanması planlaşdırılır. Onların qiymətinin təxminən 20 min ABŞ dolları olacağı gözlənilir.  Paşa Məmmədli  
    Click here to Read more
    Prev Article
    Resmi Gazete'de yayınlandı: Vergide yeni uygulama başlıyor!
    Next Article
    Süni intellektlə görüntü keyfiyyətini artıran startap 20 milyon dollar sərmayə alıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment