Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqladı

    7 hours ago

    Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” neftin ucuzlaşmasının MDB-nin enerji ixracatçıları olan Azərbaycan və Qazaxıstana təsirlərini açıqlayıb. Maliyyə qrupu qeyd edib ki, neft qiymətlərinin azalması Qazaxıstan və Azərbaycanı diqqət mərkəzinə gətirir. Bu ölkələrin hər ikisi ixrac gəlirlərinin (müvafiq olaraq 55% və 88%) və büdcə daxilolmalarının (22% və 52%) əhəmiyyətli hissəsini neft satışlarından əldə edir. Buna görə də neftin qiymətində hər 1 dollarlıq dəyişiklik ciddi əhəmiyyət daşıyır: “Qiymətləndirmələrimizə görə, neftin illik orta qiymətində hər 1 dollarlıq dəyişiklik Qazaxıstan üçün illik ixrac gəlirlərində 550 milyon dollar, büdcə gəlirlərində isə 150 milyon dollar fərq yaradır. Azərbaycan üçün isə bu rəqəmlər ixrac gəlirləri üzrə 300 milyon dollar, büdcə gəlirləri üzrə isə 150 milyon dollardır”. ING bildirib ki, son yenilənmiş proqnoza əsasən, 2025-ci il üçün neft qiymətləri gözləntiləri 5 dollar, 2026-cı il üçün isə 11 dollar aşağı salınıb. Bu, Qazaxıstanın cari hesab və büdcə kəsirlərini 2025-2026-cı illərdə ÜDM-nin 0,3-0,6 faiz bəndi qədər artıracaq. Azərbaycanın iqtisadiyyatına isə eyni dövrdə ÜDM-nin təxminən 2%-i həcmində mənfi təsir edə bilər. “Qazaxıstanın çevik məzənnə siyasəti bu vəziyyətə uyğunlaşma imkanı verir, lakin Azərbaycan manatının dollara sabit bağlılığı ölkədə 2020-ci ildən bəri ilk dəfə cari hesab kəsirinin yaranmasına səbəb ola bilər. Buna baxmayaraq, Azərbaycanın iri fiskal ehtiyatları bu mənfi təsirləri müəyyən qədər yumşalda bilər”- ING əlavə edib. ©apa
    Click here to Read more
    Prev Article
    Avstraliyada yeni hökumət quruldu
    Next Article
    Mario Lemina: "Galatasaray tarih yazıyor"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment