Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İnvestisiya qoyuluşunda azalma - Nə qədər davam edə bilər?

    2 hours ago

    Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin ilk dörd ayı ərzində Azərbaycanda əsas kapitala 5 milyard 69,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az investisiya yönəldilib. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 22,7 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 5,3 % artıb. Müşahidə olunan bu investisiya geriləməsi iqtisadiyyatın hansı sektorlarını daha çox təhdid edir, inkişafını ləngidir? Bu vəziyyət nə qədər davam edə bilər? Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda investisiyaların əsas mənbəyi dövlət büdcəsidir: “Dövlət büdcəsinin birinci rübdə xərclənmə sürəti daha aşağı olur. Ona görə də investisiyaların bu dövrdə azalması daha çox bununla əlaqəlidir. İqtisadiyyata investisiya qoyuluşu prosesi üçüncü və dördüncü rübdə daha da sürətlənir”. Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların qoyuluşu çox zəifdir, bu isə yeni iş yerlərinin yaradılmasını ləngidən əsas amillərdən biridir: “Ona görə də investisiya mühitinin yaxşılaşdırılması, daha çox xarici sərmayənin cəlb edilməsi iqtisadi inkişaf üçün vacibdir”. Günay
    Click here to Read more
    Prev Article
    Android 16'nın Samsung Telefonlara Ne Zaman Geleceği Belli Oldu (One UI 7'ye Alışamadan One UI 8 Gelecek)
    Next Article
    Türkiye Kupası Finali | Galatasaray - Trabzonspor maçının 11'leri belli oldu! ATV'de futbol şöleni... (CANLI)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment