Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İnvestisiya şirkətlərinin cəmi əməliyyatların dövriyyələrinin həcmi üzrə RENKİNQİ - YANVAR-APREL/2025

    7 minutes ago

    Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ümumi əməliyyat dövriyyələrinə dair statistik məlumatları açıqlayıb. Finss.az xəbər verir ki, sözügedən dövrdə bazarda ən yüksək əməliyyat həcmi ilə fərqlənən şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub. Şirkətin cəmi əməliyyat dövriyyəsi 18 milyard 655 milyon 451 min 796 manat təşkil edib. İkinci yerdə “ABB İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb. Onun əməliyyat həcmi 15 milyard 440 milyon 191 min 223 manat olub. İlk üçlüyü isə “Assist Finance İnvestisiya Şirkəti” ASC tamamlayıb – bu şirkətin əməliyyat dövriyyəsi 2 milyard 441 milyon 945 min 153 manat təşkil edib. Ən aşağı nəticə isə “MFX Trading İnvestisiya Şirkəti” tərəfindən qeydə alınıb. Şirkətin yanvar-aprel dövründəki əməliyyat həcmi 22 milyon 552 min 421 manat olub. Finss.az BFB-yə istinadən investisiya şirkətlərinin cəmi əməliyyatlarının dövriyyələrinin həcminə  görə renkinqi təqdim edir: Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Orban Zelenski ilə münaqişəyə girməsinin səbəbini açıqladı
    Next Article
    Suraxanı Maşınqayırma Zavodunun gəlirləri 6% azalıb, kapitalı artıb - HESABAT

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment