Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İşə qəbul zamanı bu 6 cümləni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

    22 hours ago

    Hər bir insan həyatının müəyyən mərhələsində iş müsahibəsindən keçir. Bu proses çox zaman stres və həyəcanla müşayiət olunur.  Valyuta.az xəbər verir ki, recruiter Meqan Snouboll  Parade.com-a müxtəlif sahələrdə müştərilərlə iş təcrübəsinə əsaslanaraq müsahibə zamanı heç bir halda səsləndirilməməli olan 6 ifadəni açıqlayıb. O bildirib ki, bəzi söz və ifadələrdən qaçmaq namizədin diqqətli və peşəkar görünməsinə yardımçı olur. Mütəxəssis həmçinin bu cür ifadələrə alternativ olaraq hansı cümlələrin işlədilə biləcəyini də izah edib. 1. "Düşünürəm ki, tərcümeyi-halım özü hər şeyi izah edir" Rekruiterin fikrincə, təkcə CV müsahibə zamanı sizi tam şəkildə təqdim etmək üçün kifayət deyil: "CV - kitabın arxa üzündəki qısa mətn kimidir. Müsahibənin məqsədi isə əlavə məlumatlar əldə edib, ən uyğun namizədi müəyyənləşdirməkdir. Siz bu sənəddəki əsas məqamları konkret nümunə və hekayələrlə izah etməlisiniz". Əvəzində belə deyə bilərsiniz: "Bu vəzifədəki təcrübəmi vurğulamaq istərdim..." və daha sonra konkret bir məqamı açıqlayıb, müvafiq nümunə gətirin. 2. "Əvvəlki iş yerimi tərk etdim, çünki orada toksik mühit var idi" Əgər bu həqiqətən də işdən çıxma səbəbinizdirsə belə, bunu açıq şəkildə dilə gətirmək doğru deyil. Müsahibə zamanı məhdud zaman ərzində siz özünüzü müsbət tərəfdən tanıtmağa çalışmalısınız. Rekruiterin hadisəni düzgün anlamaması halları baş verə bilər və bu, sizə qarşı mənfi təəssürat yarada bilər. Bunun əvəzinə belə ifadə istifadə edə bilərsiniz: "Mən daha çox əməkdaşlıq əsaslı və inkişaf yönümlü komandada uğur qazanıram..." və sizin üçün ideal iş mühiti necə olmalıdır, onu təsvir edin. 3. "Bu proqram və ya proqram təminatı ilə təcrübəm yoxdur" Əgər müsahibə zamanı sizdən müəyyən proqramdan istifadə təcrübəniz soruşularsa və bu sahədə təcrübəniz yoxdursa, bu bacarığın sizdə olmadığını sadəcə bildirmək düzgün deyil. Belə cavab sizin digər bacarıqlarınızı kölgədə qoya bilər. Bunun əvəzinə belə cavab vermək tövsiyə olunur: "Bu proqram təminatı ilə birbaşa təcrübəm olmasa da, əvvəlki işimdə eyni funksiyanı yerinə yetirən (filan proqram) ilə çalışmışam..." 4. "Bir addım geri atmaq istəyirəm" Bu ifadə ilə siz yeni vəzifənin əvvəlki işinizdən daha aşağı səviyyədə olduğunu başa düşdüyünüzü göstərmək istəyə bilərsiniz. Amma bu cür yanaşma qarşı tərəfdə yanlış təəssürat yarada bilər – sanki bu vəzifə sizin üçün uzunmüddətli və maraqlı olmayacaq. Daha məqsədəuyğun cavab belə ola bilər: "Bu vəzifə mənim üçün maraqlıdır, çünki..." və bu rolu niyə seçdiyinizi əsaslandırın. 5. "Şirkət haqqında mənə daha çox məlumat verə bilərsinizmi?" Baxmayaraq ki, bu sual ilk baxışdan normal görünür, Snouboll bu sualdan qaçmağı məsləhət görür. Müsahibəyə hazırlaşmaq və şirkət haqqında əvvəlcədən məlumat toplamaq çox vacibdir. Daha yaxşı alternativ: "Müsahibəyə hazırlaşarkən (şirkət) haqqında ətraflı öyrəndim və xüsusilə (filan məqam) marağımı çəkdi. Sizin bu sahədə təcrübəniz necə olub?" Bu yanaşma sizin şirkətə marağınızı və hazırlığınızı göstərir. 6. "Əgər sualınız olsa, çəkinmədən mənimlə əlaqə saxlayın" Bu ifadə, sanki siz qarşı tərəfə təşəbbüsü ötürürsünüz. Halbuki siz bu vəzifəyə iddialı olan tərəfsiniz və söhbəti sizin maraqlarınız çərçivəsində tamamlamaq daha doğrudur. Snoubollun tövsiyəsi: "Sonda fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu vəzifəyə gətirəcəyim təcrübə və yanaşma şirkət üçün dəyərli ola bilər" - kimi bir xülasə verərək özünüzü yenidən ön plana çıxarın. Bəs nəyi gizlətmək olar? Məşğulluq üzrə ekspert Qay Torntonun fikrincə, CV-də yalan danışmaq olmaz, lakin bəzi hallarda reallığı yumşaltmaq mümkündür. Məsələn, uzun iş fasilələri bəzi şirkətlər tərəfindən mənfi qarşılandığı üçün bu müddətdə freelance fəaliyyət, kurslar və ya peşəkar inkişaf kimi səbəblər göstərilə bilər. Əgər siz bu işi müvəqqəti həll yolu kimi görürsünüzsə, bunu açıq şəkildə deməmək daha məqsədəuyğundur. Torntonun sözlərinə görə: "Əgər bu işi sadəcə müəyyən bir müddət üçün düşünürsünüzsə belə, bunu işəgötürənə deməyə ehtiyac yoxdur". Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Bu imtahanın nəticələri açıqlandı
    Next Article
    Ağdaşda ağır qəza - Ölən və yaralananlar var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment