Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İstanbuldakı zəlzələ Azərbaycanda yeraltı təkanların aktivləşməsinə təsir edə bilər?

    1 week ago

    "İstanbulda baş verən 6.2 maqnitudalı zəlzələnin Azərbaycanda yeraltı təkanların aktivləşməsinə hər hansı təsiri yoxdur". Valyuta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Həm məsafə, həm də seysmotektonik quruluş baxımından Türkiyə ilə Azərbaycan arasında əlaqə olmadığı üçün orada baş vermiş zəlzələnin ölkəmizə heç bir təsiri ola bilməz", - deyə o bildirib. Qurban Yetirmişli qeyd edib ki, zəlzələ baş verəndən sonra dalğaların yayılması müşahidə olunsa da, hazırda Azərbaycanın bölgələrində zəlzələ ocaqlarında hər hansı gərginlik toplanması yoxdur: "Buna görə xırda təkanlar qeydə alınsa da, ümumi fon sakitdir. Əhali narahat olmasın". Qeyd edək ki, İstanbulda 6.2 bal gücündə zəlzələ baş verib. Ardınca 4.4 və 4.9 maqnitudalı yeraltı təkanlar da qeydə alınıb.
    Click here to Read more
    Prev Article
    Binalarda kombi sistemi ləğv olunsun! - Deputat
    Next Article
    Peşə təhsili ilə uğurlu karyera mümkündür?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment