Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kameralı "AirPods"ları nə vaxt ala biləcəyik?

    6 hours ago

    "Apple"ın kameralı "AirPods" və "Apple Watch" modellərinin təqdimat tarixi məlum oldu. Valyuta.az xəbər verir ki, Mark Qurman bildirib ki, şirkət bu məhsulları 2027-ci ildə təqdim etməyi planlaşdırır. Qurmanın paylaşdığı məlumata görə, hazırda "Apple" daxilində “Nevis” kod adlı layihə çərçivəsində bu cihazlarda istifadə olunacaq çip üzərində iş aparılır. Əgər çip vaxtında hazır olarsa, 2027-ci ildə həm kameralı "AirPods", həm də "Apple Watch" modelləri bazara çıxarılacaq. Bu kameraların istifadəsi isə klassik foto və video çəkimi məqsədi daşımır. "AirPods" modellərinə əlavə ediləcək qırmızıötesi kameralar sayəsində "Vision Pro" və bu kimi gələcək cihazlarla daha inkişaf etmiş məkan səsi təcrübəsi təmin ediləcək. Bundan əlavə, bu kameralar vasitəsilə cihazların əl hərəkətləri ilə idarə olunması da mümkün olacaq. Həmçinin, "Apple"ın süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün kameralar vasitəsilə məlumat toplamaq istədiyi də qeyd olunur. "Apple Watch" modelində isə kamera birbaşa ekran sahəsinə yerləşdiriləcək. Bu kamera "Apple"ın süni intellekt xüsusiyyəti olan "Visual Intelligence" texnologiyasından istifadə etməyə imkan verəcək. İstifadəçilər bu texnologiya vasitəsilə ətraf mühit haqqında real vaxt rejimində məlumat ala biləcəklər. Beləliklə, nə "AirPods", nə də "Apple Watch" modellərindəki kameralar ənənəvi foto və ya video çəkimi üçün deyil, daha ağıllı və funksional istifadə üçün nəzərdə tutulur. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Türkçe Gelecek Olan DOOM: The Dark Ages'in Çıkış Fragmanı Yayımlandı: İnceleme Puanları da Belli Oldu! [Video]
    Next Article
    Atina'da muhteşem geri dönüş! Galatasaray Şampiyonlar Ligi'nde güle oynaya finalde!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment