Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kamran Əliyevə səs verməyən deputatın kimliyi bilindi - FOTO

    1 day ago

    Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin yenidən Baş prokuror təyin olunması məsələsi müzakirə olunub. Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb. Teleqraf-ın əldə etdiyi xəbərə görə, səsvermədə bitərəf qalan deputat REAL Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir. E.Qədirli bunu təsdiqləyib. Lakin səbəbləri barədə danışmaq istəməyib. Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
    Click here to Read more
    Prev Article
    Naxçıvanda yeni təyinatlar
    Next Article
    Skorseze Roma Papası Fransiskin rol aldığı film üzərində işləyir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment