Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kəlbəcərdə girov götürülən zərərçəkmiş: Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdı

    1 day ago

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən zərərçəkmiş şəxs Zabil Səfərov ifadə verib. AZƏRTAC xəbər verir ki, Z.Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib. “Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayrmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib. Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri azyaşlı, qadın, qız-gəlini təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər. “Ermənilər bizim şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Həmçinin birinin qulağını kəsdilər. Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarını, xaç işarəsi qoyduqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm. Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı. Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özünü öldürürdülər. Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, meyitləri qəbirdən çıxarıb qarət edib, təhqir edirdilər. Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar", - deyə Z. Səfərov diqqətə çatdırıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
    Click here to Read more
    Prev Article
    Azərbaycanda televiziya kanalının adı DƏYİŞDİRİLDİ
    Next Article
    Təyyarə qəzası başlaya bilər: Ekspert Rusiya mülki aviasiyasının vəziyyətini təsvir etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment