Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatı ilə məşğul olanlara 20.000 AZN-dək kredit imkanı

    3 days ago

    BOKT “Qafqaz-Kredit” MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə kəndli təsərrüfatlarına (AKT-lər) və mikro sahibkarlıq subyektlərinə istər biznes, istərsə də şəxsi istehlak məqsədilə maliyyə dəstəyi təqdim edir. Finss.az xəbər verir ki, kredit məhsulu kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan, lakin maliyyəyə çıxış imkanı məhdud olan şəxslərin ehtiyaclarını qarşılamağa yönəlib. Kreditin əsas şərtləri: Kredit məbləği: 600 – 20 000 AZN İllik faiz dərəcəsi: 19,96% – 24,62% Faktiki illik faiz dərəcəsi (FİFD): 25% Müddət: 8 – 36 ay Güzəşt müddəti: 3 – 12 ay Komissiya haqqı: yoxdur Təminat: zaminlik, qızıl-zinət əşyaları və ya əmlak girovu Kimlər faydalana bilər? Aktiv VÖEN-i olan və gəliri yetərli olan, kredit tarixçəsində gecikməsi olmayan şəxslər bu kredit məhsulundan istifadə edə bilərlər. Əlavə olaraq, etibarlı şəxsiyyət vəsiqəsi, fəaliyyətə dair sənədlər və bank hesabı da tələb olunur. Kredit kənd təsərrüfatı ilə bağlı qanunla qadağan olunmayan və ətraf mühitə zərər verməyən fəaliyyətlərin maliyyələşdirilməsinə yönəlib. Eyni zamanda, şəxsi və istehlak məqsədli xərclər də bu kredit çərçivəsində qarşılanır. Ətraflı məlumat üçün keçid: //qafqazkredit.az/k%c9%99nd-t%c9%99s%c9%99rrufati-krediti/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Ələt Azad İqtisadi Zonasının ərazisində yeni hava limanı tikilir
    Next Article
    Çin elektrik avtomobilərinin istehsalı apreldə artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment