Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatı layihələrinə dövlət dəstəyi ilə maliyyələşmə imkanı

    2 hours ago

    TuranBank ASC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini həyata keçirir. Bu təşəbbüs, aqrar sahədə innovasiya, məhsuldarlıq və dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Maliyyələşdirilən istiqamətlər: Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satış proseslərinin təkmilləşdirilməsinə dair layihələr; Regionların aqrar inkişafı üzrə innovativ təşəbbüslər; İstehsal vasitələrinin (toxum, gübrə, texnika və s.) təchizatı və lizinqi ilə bağlı layihələr; Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı çərçivəsində inkişafı; Nazirliyin pilot layihələrinin maliyyələşdirilməsi. Bu maliyyə dəstəyi sayəsində fermerlər və aqrar sahibkarlar öz təsərrüfatlarını genişləndirmək, müasir texnologiyalara keçid etmək və məhsuldarlığı artırmaq imkanları əldə edirlər. TuranBank vasitəsilə bu layihələr üzrə kredit və ya maliyyə mexanizmlərindən yararlanmaq istəyən şəxslər müraciət edərək, dövlət dəstəkli güzəştli şərtlərlə maliyyələşmədən faydalana bilərlər. Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/428 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Vasiliev Medvedevlə bağlı sözlərə görə Haşeki müalicəyə göndərməyə çağırıb
    Next Article
    Partnyor mağazalarda faizsiz və ya aşağı faizli istehlak krediti imkanı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment